YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Elşən Müslümovun doğum günündə məzarı ziyarət olunub

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman vətən oğullarından biri şəhid çavuş Müslümov Elşən Habil oğlunun doğum günündə əziz xatirəsi dərin ehtiramla yad edilib.

Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal və Abşeron rayon təşkilatlarının nümayəndələri, Yasamal və Abşeron Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi, şəhidin ailə üzvləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri İkinci Fəxri xiyabanda şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elşən Müslümov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

2021-ci il iyulun 12-də Abşeron rayonu Hökməli qəsəbəsində şəhidin xatirə lövhəsinin açılış mərasimi olub. Qəsəbənin yeni yaşayış massivində küçələrdən birinə şəhidin adı verilib.