YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada şəhidin ailəsi ziyarət olunub

Quba rayonu İkinci Nügədi kəndindən olan Vətən müharibəsi şəhidi Mikayılov Rahim Qalib oğlunun doğum günü qeyd edilib.

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşkilatın əməkdaşları şəhidin ailəsini ziyarət ediblər.

Görüşdə Rahim Mikayılovun şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib. Təşkilat sədri dövlətin şəhid ailələrinə və qazilərə həssas münasibətindan söz açaraq bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim müvafiq kateqoriyadan olan ailələrə doğma münasibət bəsləyir, onları narahat edən problemlərin həlli ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirir.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Rahim Mikayılov Kəlbəcər və Murovdağ istiqamətində gedən döyüşlərdə mərdliklə savaşaraq şəhidlik zirvəsinə ucalıb. Hərbçimizin nəşi 118 gündən sonra tapılaraq Quba rayonuna gətirilib və doğulduğu İkinci Nügədi kəndində torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Rahim Mikayılov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunması görə” medalları ilə təltif edilib.

Qəhrəman döyüşçünün üzünü görmədiyi körpə oğlu Vətənə əmanət qalıb.