YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycan növbəti dəfə beynəlxalq hüququ və ədaləti bərpa etdi

Avqustun 26-da Prezident İlham Əliyev tərəfindən Laçın şəhərinə qayıdışla bağlı paylaşılan tvit xalqımıza böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşdirilməsi və Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ölkəmizin növbəti qələbəsi olmaqla yanaşı, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin, prinsipiallığının və qətiyyətinin sübutudur. Eyni zamanda sülh və sabitliyin tərəfdarı olan Azərbaycan növbəti dəfə beynəlxalq hüququ və ədaləti təkbaşına bərpa etdi.

Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyevanın sözlərin görə, baş verən bütün proseslər onu göstərir ki, artıq Ermənistanın yersiz bəhanələrinə, zaman uzatmaq cəhdlərinə yer yoxdur və şərtləri diktə edən tərəf qalib Azərbaycandır: “Rəsmi İrəvan mövcud reallıqları qəbul etməli, öz üzərinə götürdüyü bütün öhdəliklərə əməl etməli və Azərbaycanın  onlara verdiyi tarixi şansı dəyərləndirməlidir: “Şükürlər olsun Tanrıya, artıq Laçın şəhərində də şanlı Azərbaycan bayrağı qürurla dalğalanır. Bu gün Azərbaycanın inkşafının və əldə etdiyi bütün qələbələrin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət dayanır. Bizlərə bütün bu qələbələri, sevinci və qüruru bəxş edən Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm!”