Xəbərlər
FHN-in təyyarəsi Nepaldan təxliyyə edilən Azərbaycan və Gürcüstan vətəndaşlarını Bakıya gətirib
![](http://yap.az/thumb.php?src=http://yap.az/upload/images/2a87589b0664fda4548d8e836e40875a.jpg&w=360)
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi tərəfindən “BE-200ÇS” tipli təyyarə ilə Nepal Federativ Demokratik Respublikasına yola salınan humanitar yardım uğurla ünvana çatdırılıb.
Prezidentin göstərişinin icrasının davamı olaraq, Nepalda təbii fəlakət zonasından təxliyyə edilmiş Azərbaycanın 13 və Gürcüstanın 4 vətəndaşını Bakıya gətirən həmin təyyarə mayın 1-də saat 07:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Təxliyə olunan vətəndaşlar onların ölkəmizə gətirilmələri üçün verdiyi göstərişə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.