YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Həmidağa Hüseynzadənin xatirəsi ehtiramla yad edilib

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından olan Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Hüseynzadə Həmidağa Bağı oğlunun doğum günündə xatirəsi ehtiramla yad edilib.

Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal, Nəsimi rayon təşkilatlarının, Yasamal, Abşeron, Nəsimi rayon icra hakimiyyətlərinin nümayəndələri, Milli Məclisin deputatı Ülvi Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi, şəhid ailələri, ictimaiyyət nümayəndələri II Fəxri xiyabanda şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Həmidağa Hüseynzadə ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.