YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Tahir Əliyev ilə vida mərasimi keçirilib

Avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan şəhid, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət qulluqçusu Əliyev Tahir Çingiz oğlu Ağstafa rayonunun Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Əvvəlcə şəhidimizin yaşadığı evdə vida mərasimi keçirilib. Mərasimdə Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər şəhidimizin ailəsinə başsağlığı verib, Allahdan səbr diləyiblər.

Sonra qəhrəman Vətən oğlu “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə Şəhidlər xiyabanında son mənzilə yola salınıb.

Ağstafa RİH başçısı Seymur Orucov üçrəngli Azərbaycan bayrağını şəhidimizin atasına təqdim edib.