YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan öhdəliklərini yerinə yetirməlidir

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Azərbaycan Ordusu tərəfindən həyata keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində əzəli və əbədi torpaqlarımız düşmən işğalından azad edildi. Hazırda bölgədə real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Bu, həm də bölgənin geostrateji gələcəyinin inşasıdır. Ancaq Ermənistan rəhbərliyi həmişə olduğu kimi yenə öz məkrli niyyətlərini ortaya qoyur.

Bu gün yeni geosiyasi durumu formalaşdıran ən vacib amillərdən biri müharibədən sonrakı tənzimlənmə və əməkdaşlıqdır. Bölgədəki siyasi və təhlükəsizlik ilə yanaşı, iqtisadi məsələlərdə də əməkdaşlıq önəmlidir. Ancaq sərhəddəki insidentlər bir daha göstərdi ki, Ermənistan 10 noyabr Bəyənatında öz üzərinə götürdüyü öhdəliklərə əməl etmir.

Dövlət başçısı bir çox çıxışlarında açıq şəkildə bildirib ki, Azərbaycan sülh, əmin-amanlıq, əməkdaşlıq tərəfdarıdır. Biz bölgədə daimi sülhü yaratmaq üçün addımlar atırıq. Ermənistan da bu prosesdə öz revanşist iddialarına son qoyaraq, üçtərəfli bəyanatda nəzərdə tutulan bütün öhdəlikləri yerinə yetirməlidir. Çünki sülhün yaradacağı reallıqlar Ermənistanın da maraqlarına uyğundur. İttiham və iftiralarla xarici siyasət yürütmək nə bölgəyə, nə də Ermənistana fayda verəcək. Ermənistan hakimiyyəti ağlını başına yığmalı və mümkün qədər tez Cənubi Qafqazdakı problemlərin deyil, onların həll yollarının bir hissəsi olmağı öyrənməlidir.