YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucar rayonunda şəhidin doğum günü qeyd olunub

YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Ceyhun Əliyev, Vətən müharibəsi şəhidi gizir Əliyev Kərimin atası Məhəmmədəli Əliyev, Birinci Qarabağ müharibəsi şəhidi leytenant Qadir Məmmədovun oğlu Yusif Məmmədov, Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Rahib Rəsulov, rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova və YAP rayon təşkilatının fəalları şəhidin ailə üzvlərinin iştirakı ilə şəhid Təhmiraz Cavadovun məzarı ziyarət olunub, önünə çiçəklər düzülmüş, ruhuna dualar oxunub.

Tədbir iştirakçıları tərəfindən Birinci Qarabağ müharibəsi şəhidləri – Xəlilov Elzamin Məhəmməd oğlunun, Məmmədov Firqət Məhəmməd oğlunun, Baxışov Məftun Məhəmməd oğlunun, Seyfəddinov Buludxan Miri oğlunun, Rəhimov Nəzarət Mirsab oğlunun, Nəsibov Aftandil Nəbi oğlunun, Xəlilov Asif Qoca oğlunun, Hüseynov İsrayıl Soltan oğlunun və Vahidov Müsabiq Fikrət oğlunun məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Sonra mərasim iştirakçıları şəhidin yaşadığı evdə anası Xəysə Cavadovanı ziyarət ediblər.

Qeyd edək ki, şəhid Təhmiraz Cavadovun təhsil aldığı Yuxarı Şilyan kənd tam orta məktəbi onun adına əbədiləşdirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə"medalı ilə təltif edilib.