YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Nuran Mirzəyevin doğum günündə xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşkilatın əməkdaşları 44 günlük Vətən müharibəsində ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş, Quba rayonunun Qımıl kəndindən olan şəhid Mirzəyev Nuran Akif oğlunun doğum günü ilə əlaqədar ailəsini ziyarət ediblər.

Görüşdə Nuran Mirzəyevin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Rayon təşkilatının sədri dövlətin şəhid ailələrinə və qazilərə həssas münasibətindən bəhs edib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Nuran Mirzəyev ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında döyüş tapşırıqlarını şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, " Cəbrayılın azad olunması görə”,”Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.