YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı qarşısında müstəsna xidmət

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Həyatını xalqının, vətəninin inkişafı və tərəqqisinə həsr edən Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinə, elminə və milli-mənəvi dəyərlərinə xüsusi həssaslıq və qayğı ilə yanaşmışdır. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir və xalqımız bu xidmətləri hər zaman çox yüksək qiymətləndirir. Ana dilimizin inkişafına və qorunmasına xüsusi önəm verən Ulu öndər tarixin müxtəlif dövrlərində Azərbaycan dilini məhv olmaq təhlükəsindən qoruyaraq onun dövlət dili elan olunmasında müstəsna xidmətlər göstərmişdir.

Azərbaycan dilinə dövlət dili statusunun verilməsi, dövlətçiliyimizin milli rəmzlərindən birinin qorunması Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub.

Ümummilli lider Heydər Əliyev Azərbaycan elminin nümayəndələrinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Ulu öndər Heydər Əliyev demişdir: “Şəxsən mən elm xadimlərinə həmişə böyük hörmətlə yanaşmışam… ona görə ki, elm adamları müstəsna adamlardır”.

Ulu öndər Heydər Əliyev hər zaman elm xadimlərinin əməyini yüksək qiymətləndirmiş, eyni zamanda onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı çoxsaylı fərman və sərəncamlar imzalamışdır. Ulu öndər Heydər Əliyev xalq və dövlət qarşısındakı misilsiz xidmətlərinə görə hər zaman qədirbilən xalqımızın qəlbində əzəli və əbədi yaşayacaqdır.

Bu gün Prezident İlham Əliyev Ulu öndərin məqsədyönlü milli dövlətçilik, siyasətini uğurla davam etdirir və elm adamlarına daim həssas yanaşır.