YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qarabağa həyat yenidən qayıdır”

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında “Qarabağa həyat yenidən qayıdır” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev tədbiri giriş sözü ilə açaraq bildirib ki, işğaldan azad edilən ərazilərimizə, Qarabağımıza həyat yenidən qayıdır. Azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, şəhər və kəndlər, yaşayış massivləri, infrastruktur müasir tələblər əsasında qurulur. Bütün bunlar bir daha göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı Azərbaycan dövləti üçün ən prioritet məsələdir.

Təşkilat sədri qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın dövr ərzində doğma yurd həsrəti çəkən məcburi köçkün həmvətənlərimizə doğma yurdlarına qayıtma imkan yaradıb. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir.

Daha sonra çıxış edənlər bildiriblər ki, xalqımız özünə, dövlətinə, ordusuna bütün varlığı ilə inanır. Qarabağa yenidən həyat qayıdır. Hər qarış torpağımızı göz bəbəyi kimi qorumalıyıq.