YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə şəhidin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Rayon İcra Hakimiyyətinin əməkdaşları, partiya fəalları və ictimaiyyət nümayəndələri doğum günü ilə əlaqədar şəhid Ələkbərli Ələkbər Ramiz oğlunun rayonunun Köçərli kənd qəbiristanlığındakı məzarını ziyarət edərək üzərinə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.  

Daha sonra şəhidin ailə üzvləri ziyarət edilib, onlara dərin hüznlə başsağlığı verilib, ailənin qayğı və problemləri ilə maraqlanılıb.

Şəhid valideyinləri şəhid ailələrinə göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.