YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neftçalada maarifləndirici tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatı və Neftçala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” ilə əlaqədar tədbir keçirilib.

Neftçala rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev və ərazi partiya təşkilatlarının üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev bildirib ki, əlamətdar gün ümummilli Lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli sərəncamı ilə təsis edilib. Latın qrafikalı Azərbaycan əlifbasına keçidin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimiz tarixində mühüm hadisə olduğunu qeyd edib. Ü.Fərzəliyev bütün maneə və  çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan ulu öndər Heydər Əliyevin siyasi xəttini inamla davam etdirən ölkə başçısı İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması üçün mühüm sərəncamların imzalandığını vurğulayıb.

Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif  Əliyev çıxışında diqqətə çatdırıb ki, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi məqsədilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi qəbuluna nail olması tarixi hadisədir. O, Ulu Öndərin bu cür tarixi qərara nail olmasının mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım olduğunu vurğulayıb.

Daha sonra çıxış edənlər müasir müstəqil Azərbaycan Respublikasında dilimizin  zənginləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs ediblər.