YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqının rifahı naminə

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Prezident İlham Əliyevin cari ilin 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı bir çox məsələlərə diqqət yetirdi.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində demək olar ki, bütün rayonlarda geniş abadlıq-quruculuq işləri görülür. Böyük infrastruktur layihələri icra edilir və insanları narahat edən problemlərin böyük hissəsi aradan qaldırılır.

Qəbulda dövlət başçısı qeyd etdi ki, rayonlarda müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq: “Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi. Əlbəttə ki, rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olmuşdur. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Biz elə infrastruktur layihələri icra etdik ki, heç sovet vaxtında bunlar icra edilmirdi. Xüsusilə Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. Mənim göstərişimlə Lerikə qaz çəkildi. Üç rayon dağlıq rayon olduğu üçün əlbəttə ki, qazlaşdırma ilə bağlı problemlər digər rayonlarla müqayisədə daha ciddidir. Ancaq biz imkan daxilində bütün bu işləri görməklə insanların rifah halını yaxşılaşdırmışıq”.

Ümumilikdə görülən bütün işlər xalqımızın rifahının daha da yaxşılaşdırılması üçündür. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində yaranan şəraitdən hər bir məmur, hər bir iş adamı uğurla istifadə edərək vətənimizin daha da çiçəklənməsi üçün əlindən gələni etməlidir.

DİGƏR Xəbərlər Arxiv