YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Etibar Məmmədovun doğum günündə xatirəsi anılıb

Ağstafa rayonunda Vətən müharibəsi şəhidi Məmmədov Etibar Saday oğlunun doğum günündə əziz xatirəsi yad olunub.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, şöbənin əməkdaşı Vüqar Həsənov, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının“Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şahhüseyn Qurbanov, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, şəhidimizin ailə üzvləri, şəhid ailələri, qazilər, Ərazi Partiya Təşkilatının üzvləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət ediblər, məzarı önünə gül dəstələri düzüblər və ruhuna dualar oxuyublar.

Daha sonra tədbir iştirakçıları şəhid Etibar Məmmədovun ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüznlə başsağlığı veriblər. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Etibar Məmmədov 2020-ci il sentyabr ayının 28-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.