YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qazax rayon təşkilatının yaradılmasının 29-cu ildönümü münasibətilə tədbir keçirilib

YAP Qazax rayon təşkilatının yaradılmasının 29-cu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə ərazi partiya təşkilatı sədrləri, partiya veteranları, partiya sıralarına yeni qəbul olunmuş gənclər və rayon təşkilatının fəalları iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçmiş müqəddəs şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev partiya üzvlərini əlamətdar gün münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək  Yeni Azərbaycan Partiyasının yarandığı gündən əldə etdiyi nailiyyətlərdən, keçdiyi şərəfli yoldan ətraflı bəhs edib.

Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev geniş məruzə ilə çıxış edib. Rayon təşkilatının sədri qeyd edib ki, YAP Qazax rayon təşkilatı hazırda 77 ərazi partiya təşkilatında 10514 nəfər partiya üzvünü özündə birləşdirir ki, həmin üzvlərdən də 6730 nəfəri qadınlar, 2643 nəfəri isə gənclərdir. Ötən 6 ay ərzində 4 yeni ərazi partiya təşkilatı yaradılıb, 400 nəfərdən artıq təəssübkeş partiya sıralarına qəbul edilib. A.Nəbiyev rayon təşkilatının həyata keçirdiyi tədbirlərdən, partiya üzvlərinin rayonun ictimai – siyasi həyatındakı rolundan, partiyanın VII Qurultayından irəli gələn vəzifələrdən də ətraflı danışıb.

Digər çıxış edənlər Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının 29 il ərzində keçdiyi şərəfli yoldan və qazandığı uğurlardan geniş bəhs etdiblər.

Tədbirdə YAP Qazax rayon təşkilatının yaradılmasında, təşkilatlanmasında və inkişafında göstərdikləri xidmətlərə görə bir qrup şəxs fəxri fərmanla təltif olunub, partiya sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edilib.

Tədbir Qazax Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin rəngarəng çıxışları ilə yekunlaşıb.