YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nepalda zəlzələ qurbanlarının sayı 3 mini keçib

Nepalda aprelin 25-də baş vermiş zəlzələ qurbanlarının sayı, demək olar, hər saat artır.
Nepal Daxili İşlər Nazirliyi nümayəndələrinin məlumatına görə, indiyədək 3218 nəfərin həlak olduğu, daha 6800 nəfərin yaralandığı məlumdur.
Təbıi ki, bu da son rəqəmlər deyil. Hələlik minlərlə insanın taleyindən heç bir xəbər yoxdur. Ölkədə rabitə normal işləmir, infrastruktur dağılıb.
Nepal-Çin sərhədində yerləşən Himalay dağlarının Everest zirvəsi rayonunda 200-dək insanın itkin düşdüyü bildirilir. Zəlzələ vaxtı dağlarda aralarında 400 əcnəbi alpinistin olduğu mindən çox insan olub. Onların bir hissəsi qar uçqununa düşüb. Nepal Turizm Nazirliyi 22 nəfərin həlak olduğunu, 60-dan çox alpinistin yaralandığını təsdiqləyib.
Məlumata görə, zəlzələ qurbanlarının sayı 8 minədək yüksələ bilər.