YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Patrik Hikki: Avropa Olimpiya Komitəsi Azərbaycan rəhbərliyi ilə işləməkdən olduqca məmnundur

“Bakı-2015” bütün ölkənizin əməyi və səyləri sayəsində baş tutacaq. Azərbaycan rəhbərliyi ilə işləmək olduqca məmnunluq doğurdu. Sizin peşəkarlığınız və diqqətiniz bizi hər zaman təsirləndirdi. “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyeva Oyunlara hazırlıq işlərində şəxsən iştirak edərək dəyərli göstəriş və tövsiyələrini vermiş, işə tam sadiqliyini nümayiş etdirmişdir.
Bu fikirləri Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki aprelin 26-da Bakıda birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasmindəki çıxışında səsləndirib.
Cənab Patrik Hikki Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Avropa Olimpiya Komitəsinin səmimi minnətdarlığını çatdıraraq deyib: “Təşkilat Komitəsi və “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin peşəkar heyəti planlarımızı reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışıblar. Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı”.
Avropa Olimpiya Komitəsinin prezidenti qeyd edib ki, bu məşəl çox mühüm ilk Avropa Oyunlarının açılış mərasiminə aparan yolu işıqlandıracaq.