YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda partiya veteranının yubileyi qeyd olunub

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının partiya veteranı Mütəllimova Esmira Qədir qızının 65 illik yubileyi qeyd olunub.

Bu münasibətlə təşkil olunan mərasimdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev partiyanın ölkəmizin ictimai-siyasi həyatında müstəsna rolundan, əldə etdiyi nailiyyətlərdən danışıb. O, “Avey” Dövlət Tarix Mədəniyyət Qoruğu ərazi partiya təşkilatının sədri, partiya veteranı Esmira Mütəllimovanı yubileyi münasibətilə təbrik edib, fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Sonda yubilyara YAP Qazax rayon təşkilatının fəxri fərmanı və hədiyyələr təqdim olunub.