YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Gəncə şəhərinin Gülüstan qəsəbəsində məskunlaşmış Kəlbəcər rayon sakini Birinci Qarabağ müharibəsi veteranı, şəhid atası Hüseynov Məhəmməd İslam oğlunu 70 illik yubileyi münasibətilə evində ziyarət edib.

Həbib Misirov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Gəncə Dövlət Filarmoniyasının solisti Məhəmməd Hüseynovun uzun illər Azərbaycan mədəniyyətinə, incəsənətinə, musiqi sənətinə göstərdiyi xidmətlərdən bəhs olunub.

Şəhid atasına YAP Kəlbəcər rayon təşkilatının fəxri fərmanı təqdim olunub.