YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda Qurban bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət olunub

Masallı rayonunda Qurban bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və partiya fəalları Vətən müharibəsi şəhidləri Sultanov Hüsaməddin Abdulrəhman oğlu, Həsənov Rauf Hüseynqulu oğlu, Qasımov Baloğlan Cahangir oğlu və qazi Rzayev Təhmasib Müseyib oğlunun ailəsinə baş çəkib, onlara bayram sovqatları təqdim ediblər.

Ziyarət zamanı YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə veteranları və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması və hər cür diqqət və qayğı ilə əhatə olunması təşkil edir. Bu, dövlət səviyyəsində şəhidlərə, müharibə əlillərinə və onların ailə üzvlərinə dərin hörmət və ehtiramın göstəricisi və əyani təzahürüdür.

Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir.

Ailələr göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.