YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan-Özbəkistan: həqiqi qardaşlıq münasibəti” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatı “Depo” ərazi partiya təşkilatında “Azərbaycan-Özbəkistan: həqiqi qardaşlıq münasibəti” adlı tədbir keçirilib. Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin İmişli rayonunda yerləşən idarə və müəssisələrinin rəhbərləri və partiya fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, 2020-ci ildə Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu durmadan artır. Azərbaycan regionda söz sahibinə çevrilib və Cənubi Qafqazda vəziyyətə özü diktə edir. Təsadüfi deyil ki, bölgədə sülhün bərpası prosesində Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergüc dövlətləri və beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir. Bu isə Azərbaycanın müxtəlif ölkələrlə əlaqələrinə də müsbət təsirini göstərir. Son dövrlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan arasında münasibətlərdə də canlanma müşahidə olunmaqdadır.

Digər çıxış edənlər söyləyiblər ki, qardaş Özbəkistan hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib.