Xəbərlər
Baş nazirin müavini Əli Əhmədov Azərbaycanın İstanbuldakı diplomatik nümayəndəliyində olub
![](http://yap.az/thumb.php?src=http://yap.az/upload/images/929099ba271146fa2302a47a334f19ef.jpg&w=360)
Canaqqala zəfərinin yüzüncü ildönümü münasibətilə keçirilən mərasimlərdə iştirak etmək üçün Türkiyədə səfərdə olan Baş nazirin müavini Əli Əhmədov aprelin 23-də Azərbaycanın İstanbuldakı baş konsulluğunun inzibati binasında olub.
Baş konsul Həsən Zeynalov diplomatik nümayəndəliyin fəaliyyəti, binada əməkdaşlar üçün yaradılmış şərait barədə məlumat verib.