YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyanı ağuşuna alan "ağ ölüm"ə yox deyək

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Bu gün bəşəri bəlaya çevrilmiş narkomaniyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə hər bir ölkə üçün prioritetdir. Üzləşdiyimiz bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurmaqla bərabər, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amillərdəndir. Təbii ki, dünya dövlətləri gündən-günə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını və narkomanlığın müalicəsi metodlarını daha da təkmilləşdirmək sahəsində səylərini durmadan artırırlar.

Cəmiyyətdə "ağ ölüm" kimi qəbul olunmuş narkomaniya bəşəriyyət üçün öz dövründə böyük fəsadlar verən taun xəstəliyi kimi bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir. Xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan, dünyada qorxulu xəstəlik kimi hər bir insanı düşündürür. Beynəlxalq problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi, xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə "Narkotiksiz gələcək naminə" milli proqramların qəbulu da, təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaşlıq borcudur. Bu gün biz hamılıqla dünyanı ağuşuna alan narkomaniyaya, "ağ ölüm"ə yox deyib, bu ölüm kabusuna qarşı birgə mübarizə aparmalıyıq. Müasir dövrümüzdə narkomaniya insanlığa bir bəladır. Təəccüblüdür ki, bu bəlaya ilk olaraq uşaqlar yoluxur. Narkotik maddə alverçiləri uşaqları asanlıqla öz girovlarına çevirməyə nail oldular. Beləliklə, gəncliyin məhvi və ölümü üzərində özlərinə kapital toplamaq narkomafiya üçün əsas məqsədə çevrilir. Bu zaman nəinki bir ölkənin, eyni zamanda, dünyanın gələcəyi təhlükə qarşısında qalır.

Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdikləri Dövlət Proqramları və verdikləri töhfələrin nəticəsidir ki, narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən hüquqi baza yaradılıb, təkmilləşdirilib, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülüb. Bu istiqamətdə dövlətin apardığı işlərə hər bir vətəndaş öz töhfəsini verməlidir.