YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri: Regionda sülhün və təhlükəsizliyin tərəfdarıyıq

Münaqişə artıq həll olunub. Azərbaycan regionda sülhün və təhlükəsizliyin tərəfdarıdır. Bu məsələdə Rusiyanın dəstəyini yüksək qiymətləndiririk. Üçtərəfli Bəyanat təhlükəsizliyə təminat verir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 24-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçirilən mətbuat konfransında söyləyib.

Azərbaycanın Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri apardığını diqqətə çatdıran nazir deyib ki, Rusiya şirkətlərinin bu prosesdə iştirakında maraqlıyıq. Dəmiryolu relsləri Rusiyanın hesabına əldə edilir. İnanırıq ki, bu sahədə əməkdaşlığımız davam edəcək.

Xəzər dənizi münasibətlərdə mühüm element kimi çıxış edir. Rusiya və Azərbaycan radifikasiya məsələsini keçiblər. Bu sahədə normativ aktlar hazırlanıb. Bu yaxınlarda Türkmənistanda keçiriləcək sammitdə Xəzərin radifikadiyası təsdiqlənəcək.

Azərbaycan beynəlxalq təhlükəsizlik sahəsində qonşu ölkələrlə əməkdaşlıq etməyə hər zaman hazırdır.

DİGƏR Xəbərlər Arxiv