YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm

Türk Şurasına sədrliyi dövründə də Azərbaycan türkdilli ölkələr arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərmişdir. Bunun nəticəsidir ki, 12 noyabr 2021-ci il tarixdə İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə ərazilərimizin işğaldan azad edilməsini və ərazi bütövlüyümüzün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurasının qərarı ilə Ali Baş Komandan cənab İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilmişdir.

Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə torpaqlarımızda otuz il davam edən işğala 44 gün ərzində son qoyulması təkcə bizim üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Çünki Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün yenidən təmin olunması türk dünyasının birliyini və bərabərliyini genişləndirmiş, eyni zamanda, bölgədə davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılmışdır.
Prezident İlham Əliyevin iyunun 21-də Özbəkistana rəsmi səfəri əməkdaşlığımızın müxtəlif sahələrini əhatə edən sahələrə həsr olunmuşdur. Səfər çərçivəsində  ölkə başçısının həmkarı  Şavkat Mirziyoyevlə məhdud və geniş tərkibdə görüşləri, onların birgə  iştirakı ilə 20-yə yaxın sənədin imzalanması, Azərbaycan liderinin bir sıra  mərasimlərdə iştirakı və sair məqamlar iki dost ölkə arasında münasibətlərin dünəninə və bugününə baxış fonunda gələcək barədə aydın təsəvvür formalaşdırır. Əlbəttə ki, ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir.

Özbəkistanla Azərbaycan arasında bu gün özünün yüksək inkişaf səviyyəsinə çatmış əlaqələr xüsusilə Ulu Öndərimizin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdən başlayaraq inkişaf etdirilib. Ulu öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. Qardaş Özbəkistan dövləti Ümummilli Liderimizin bu fəaliyyətini yüksək dəyərləndirib, ulu öndərimizə hər zaman ali ehtiramla yanaşıb, türk dünyasının böyük oğluna özünün yüksək sevgisini və rəğbətini ifadə edib.

Məhz səfər çərçivəsində ölkə Liderlərinin iştirakı ilə Heydər Əliyevin adını daşıyan yenilənmiş küçənin və orada qoyulmuş abidənin açılışı olmuşdur və bu, Azərbaycan xalqının əbədiyaşar liderinə və Özbəkistanın yaxın dostu olmuş dahi insanın əziz xatirəsinə bir daha böyük ehtiram kimi dəyərləndirilmişdir.

Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki liderin tarixi xidmətlərini yüksək qiymətləndirərək qeyd etmişdir ki, "Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov - iki ölkənin liderləri ikitərəfli münasibətlərin bax, bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yəni, bizim dostluğumuzun böyük tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar."

Belə ki, torpaqlarımızın azadlığı uğrunda apardığımız Vətən müharibəsində qardaş Özbəkistan Respublikası da ölkəmizi dəstəkləmiş və hazırda Qarabağda aparılan bərpa-quruculuq işlərində də öz töhfələrini verməkdədirlər.
Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə qardaş ölkələr arasındakı münasibətlər daha da dərinləşib. Bu dövrdə siyasi, mədəni, diplomatik əlaqələr, iqtisadi əməkdaşlıqlar yüksələn xətlə inkişaf etmişdir.

Onu da əminliklə qeyd edə bilərik ki, səfər zamanı imzalanmış sənədlər Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirməklə keyfiyyətcə yeni mərhələyə yüksəldəcək. İmzalanmış "Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə"də hər iki ölkənin xarici  siyasətinin prioritetləri  öz əksini tapmaqla,  dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub.  İqtisadiyyatın ayrı-ayrı sahələri, həmçinin hərbi-texniki sahədə əməkdaşlığın uğurlu inkişafı üçün  əlavə addımların atılması nəzərdə tutulub.

DİGƏR Xəbərlər Arxiv