YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Süleymanov: Dronlarla və müxtəlif cihazlarla ərazilərin tədqiqi minatəmizləyənlərin işini asanlaşdırır

İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatı vaxtı havadan tədqiqat üçün Britaniyanın “RPS Energy Ltd.” şirkəti ilə müqavilə imzalanıb.

Bunu iyunun 23-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, tədqiqatçılar dronlarla və müxtəlif cihazlarla əraziləri tədqiq edir. Tədqiqatın nəticəsi süni intellekt vasitəsilə emal olunur. Bu da minatəmizləyənlərin işinin asanlaşdırılması üçün xüsusi önəm daşıyır. Azərbaycan Minatəmizləmə Agentliyi 18 minatəmizləyən maşın alıb. Həmin minatəmizləyən maşınlar azad olunmuş ərazilərdə təmizləmə işlərinə cəlb olunub.

O əlavə edib ki, 2020-ci il noyabrın 10-dan bu il iyunun 23-dək mina partlayışları nəticəsində 225 nəfər minaların qurbanı olub. Onlardan 39 nəfər ölüb, 186 nəfər xəsarət alıb.

DİGƏR Xəbərlər Arxiv