YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda Silahlı Qüvvələr Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbənin mahiyyətindən, tarixi ədalətin, milli ləyaqətin bərpasından, xalq-ordu birliyindən, lider-xalq həmrəyliyindən, habelə postmüharibə dövründə əldə olunan nailiyyətlərdən, qazanılan uğurlardan ətraflı danışıb.

Bildirilib ki, İkinci Qarabağ müharibəsi Azərbaycanla yanaşı, dünya hərb tarixinə də qızıl hərflərlə yazılıb. Torpaqlarımızın azad olunması əmrinə daim hazır olan ordumuz düşmənin təxribatlarının qarşısını alınması ilə bağlı Prezident, Müzəffər Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatına başlayaraq uzun illər gözlədiyimiz bu şanlı Qələbəni xalqımıza yaşatdı.