YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Musa Həmzəyevin xatirəsi anılıb

Şabran rayonunda Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman oğullardan biri olan şəhid Musa Həmzəyevin doğum günü qeyd olunub.

Bu münasibətlə Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, şəhid ailələri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Vətən müharibəsi şəhidləri Mirbala Rəsulov, Daşqın Quliyev, Əlikram Şahbazlının da məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Daha sonra tədbir iştirakçıları şəhid Musa Həmzəyevin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.