YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xorvatiyada “Bakı-2015 ilk Avropa Oyunlarına velosipedlə” layihəsi həyata keçiriləcək

Xorvatiyada velosiped idmanının və turizminin təşviqi ilə məşğul olan “Pedalinac” velosiped klubu tərəfindən “Bakı-2015 ilk Avropa Oyunlarına velosipedlə” layihəsi həyata keçiriləcək. Layihəyə əsasən, 7 velosipedçinin mayın 5-də Xorvatiyanın Dubrovnik şəhərindən yol çıxaraq, təqribən 4000 kilometr məsafə qət etdikdən sonra Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etməsi planlaşdırılır. Təxminən 35-40 gün davam etməsi nəzərdə tutulan yürüş Xorvatiya-Monteneqro-Albaniya-Makedoniya-Yunanıstan-Bolqarıstan-Türkiyə-Gürcüstan-Azərbaycan marşrutu üzrə həyata keçiriləcək. Bu yürüş İlk Avropa Oyunlarının təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Həmin yürüşün böyük hissəsinin TANAP və TAP layihələrinin keçdiyi marşrut ilə üst-üstə düşməsi “Cənub” qaz dəhlizi layihəsinin təbliği baxımından da əhəmiyyətlidir. Velosipedçilərin Xorvatiyaya qayıdışı mayın 15-ə planlaşdırılır.
“Pedalinac” klubu 2007-ci ildə fəaliyyətini başlayıb. Klub 2008-ci il Olimpiadası ərəfəsində Zaqreb-Pekin marşrutu üzrə 12 min kilometrlik uzunluğunda dörd aylıq veloyürüş təşkil etmişdi. Daha sonra - 2012-ci London və 2014-cü il Soçi olimpiadalarından əvvəl Xorvatiyadan həmin şəhərlərə də uğurlu velosiped yürüşləri həyata keçirilmişdi.