YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq

Mehdi Balabəyov

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri 

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımız işğaldan azad olundu və mənfur düşmənlərdən təmizləndi. Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyev hər dəfə bu və ya digər rayona səfər edərkən görülən işlərlə​ tanış olur, hazır olan obyektlərin açılışını edir, yenilərinin təməlini qoyur. Dövlət başçısının mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri də istisna təşkil etmədi. Dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış oldu, Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak etdilər. Bütün bu işlər, təbii ki, Azərbaycan ictimaiyyəti tərəfindən böyük maraqla izlənilir.​ Digər tərəfdən, 30 il ərzində ev-eşiyindən ayrı salınmış soydaşlarımız da doğma ocaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bu mənada Prezidentin hər bir səfəri böyük ümid və intizarla izlənilir.

Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Onu da deyək ki, işğaldan azad olunmuş ərazilərdə Füzulidəki və Zəngilandakı hava limanlarından əlavə, daha bir beynəlxalq statuslu Laçın aeroportu tikilməkdədir.Hal- hazırda həmin ərazilərdə bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə məhz Zəngilanda, Ağalı kəndində icra edildi. Bir il əvvəl inşaat işlərinə başlanan bu yerdə indi 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.

Məhz Zəngilanın Ağalı kəndində görülən bu işlər​ cənab prezidentimiz Müzəffər Ali Baş Komandan​ İlham Əliyevin ugurlu siyasəti və eyni zamanda öz vədinə sadiq qaldığını təsdiq edir.
Prezident İlham Əliyevin səbirli, müdrik və uzaqgörən siyasətinin qazandırdığı qələbə ilə ölkəmiz qalib dövlət kimi yeni bir tarixi dövrə qədəm qoyur.