YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadda Mirzə Ələkbər Sabirin 160 illik yubileyi qeyd olunub

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının əməkdaşları və rayon gəncləri görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 160-cı ildönümü münasibətilə onun adını daşıyan 1 saylı şəhər tam orta məktəbin həyətində şairin abidəsini ziyarət ediblər.

Tədbir iştirakçıları abidə önünə gül dəstələri düzərək, şairin xatirəsi ehtiramla yad ediblər.

M.Ə.Sabirin yaradıcılığı barədə gənclərə məlumat verən şairin nəticəsi Afət Tahirzadə bildirib ki, ki, Mirzə Ələkbər Sabir çoxəsrlik poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldərək onu ictimai məfkurə baxımından daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət tapıb.

YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov “SabirArt” layihəsinin iştirakçısı Aysun Abdullayevanın şairin əziz xatirəsinə çəkdiyi portreti Afət Tahirzadəyə təqdim edib.