YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatında partiya fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında partiya fəalları ilə görüş keçirilib.

Görüşdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev hesabat dövründə görülən işlərdən danışıb.

Azərbaycanın son dövrlərdə əldə etdiyi uğurlardan bəhs edən M.Nağıyev onu da diqqətə çatdırıb ki, mayın 22-də Brüsseldə keçirilən görüşdə əldə olunan razılıq, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı tərəflərin razılaşması Azərbaycanın istər döyüş meydanında, istərsə də diplomatik müstəvidə qələbəsini təcəssüm edir.

“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Mikayıl Zeynalov, “İstiqlaliyyət 8” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Orxan Ağayev isə çıxışlarında dövlətin uğurlu gənclər siyasətindən danışıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların təklif və ideyaları ətrafında fikir mübadiləsi aparılıb.

DİGƏR Xəbərlər Arxiv