YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin təltif edildiyi medal övladına təqdim olunub

Ağdam rayonunda şəhid Məmmədov Səxavət Adıgözəl oğlunun doğum günündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, ruhuna dualar oxuyublar.

Daha sonra məktəblilərin təqdimatında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. 

Şəhidin ölümündən sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən təltif edildiyi “Suqovuşanın azad olunmasına görə” medalı övladına təqdim olunub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv