Xəbərlər
Yaponiya portalı Prezident İlham Əliyevin Brüssel səfəri və keçirdiyi görüşlər barədə məlumat yayıb
Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü barədə məlumatlar yayıb.
Yapon və ingilis dilində yayılan məlumatlarda Prezident İlham Əliyevin səfəri, keçirdiyi ikitərəfli və üçtərəfli görüşlər, eləcə də Şarl Mişelin bəyanatı barədə məlumatlar oxuculara təqdim olunub.