YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cozep Borrell: Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünü alqışlayırıq

Avropa İttifaqı Şurasının (Aİ) Prezidentinin Brüsseldə ev sahibliyi etdiyi Ermənistan və Azərbaycan liderlərinin üçüncü üçtərəfli görüşünü alqışlayırıq.

Bu sözləri Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell rəsmi tviter hesabında yazıb.

O, həmçinin bildirib: “Davamlı sülhə doğru dinamikanı dəstəkləyən konkret addımları görəcəyimə ümid edirəm”.

Cozep Borrell Aİ-nin regionda sülh və barışıq səyləri istiqamətində fəal işləməyə davam edəcəyini də vurğulayıb.