YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Gürcüstan parlamentinin nümayəndə heyəti gələn həftə Azərbaycana səfər edəcək. Nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin deputatları və katibliyin əməkdaşları daxildirlər.

Parlamentdən bildiriblər ki, səfərdə məqsəd Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşünə qatılmaqdır.

Qeyd edək ki, üçtərəfli görüşün Şuşada keçirilməsi nəzərdə tutulub.