YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir: Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr tarixi, mədəni birlik üzərinə qurulub

Azərbaycan və Türkiyə üçün əsas prinsip Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarıdır. Bizim müttəfiqliyimiz bu anlayışlar əsasında qurulub.

Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümü" adlı konfransda söyləyib.

Diplomat Azərbaycan ilə Türkiyə arasında əlaqələrin 30 il əvvəl yaradılmadığını, daha əvvəlki tarixlərə söykəndiyini diqqətə çatdırıb. C.Bağcı iki ölkə arasındakı əlaqələrin tarixi, mədəni birlik üzərinə qurulduğunu vurğulayıb.