YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxıda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin rayon ərazisindəki abidəsini ziyarət ediblər.

Tədbirdə Ulu Öndərin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin xilaskarı kimi tariximizə öz əbədi imzasını atdı. 1969-1985-ci illər ərzində respublikada sənaye istehsalı iki dəfə artdı. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edildi. Beləliklə, Azərbaycan geridə qalmış aqrar ölkədən sənaye respublikasına çevrildi.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Tahir Məmmədov çıxışında müasir Azərbaycan Respublikasının qurucusu və memarı Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinin sonsuz olduğunu söyləyib.

ADPU-in Şamaxı filialının direktor müavini Şəlalə Seyidova, YAP Şamaxı rayon 6 saylı ərazi təşkilatının sədri Bəşir Lazımov, YAP Şamaxı rayon təşkilatı 5 saylı ərazi partiya təşkilatının sədr müavini Pərvin Şirəliyeva və   Əngəxaran kənd məktəbinin tarix müəllimi Cavid İslamov bildiriblər ki, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə Azərbaycanın müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı.

Sonda Heydər Əliyevin zəngin və mənalı həyatı, çoxşaxəli fəaliyyəti və misilsiz xidmətlərindən bəhs edən film nümayiş olunub.Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin rayon ərazisindəki abidəsini ziyarət ediblər.

Tədbirdə Ulu Öndərin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin xilaskarı kimi tariximizə öz əbədi imzasını atdı. 1969-1985-ci illər ərzində respublikada sənaye istehsalı iki dəfə artdı. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edildi. Beləliklə, Azərbaycan geridə qalmış aqrar ölkədən sənaye respublikasına çevrildi.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Tahir Məmmədov çıxışında müasir Azərbaycan Respublikasının qurucusu və memarı Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinin sonsuz olduğunu söyləyib.

ADPU-in Şamaxı filialının direktor müavini Şəlalə Seyidova, YAP Şamaxı rayon 6 saylı ərazi təşkilatının sədri Bəşir Lazımov, YAP Şamaxı rayon təşkilatı 5 saylı ərazi partiya təşkilatının sədr müavini Pərvin Şirəliyeva və   Əngəxaran kənd məktəbinin tarix müəllimi Cavid İslamov bildiriblər ki, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə Azərbaycanın müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı.

Sonda Heydər Əliyevin zəngin və mənalı həyatı, çoxşaxəli fəaliyyəti və misilsiz xidmətlərindən bəhs edən film nümayiş olunub.