YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə silsilə tədbirlər təşkil olunub

Yevlax Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının, Gənclər və İdman İdarəsinin, “Gənclər evi” SXM-in və Yevlax Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “İdman və Musiqi Bayramı” adlı tədbir keçirilib.

Tədbirdə mədəniyyət və incəsənət ustalarının, məktəblilərin ifasında Azərbaycana, Ümummilli Liderə, Ali Baş Komandan İlham Əliyevə həsr olunan mahnılar səsləndirilib, milli rəqslər nümayiş olunub.

Məktəblilərin, bağça uşaqlarının əl işlərindən ibarət təşkil olunan sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Gənc rəssamlar və “Bacarıqlı Əllər” dərnəyinin üzvləri tədbir iştirakçılarına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu və onun ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən rəsm və əl işləri haqqında ətraflı məlumat veriblər.

Park boyunca müxtəlif yerlərdə idmanın şahmat, taekvando, cüdo, mini futbol və ağır atletika növləri üzrə yeniyetmə və gənc idmançılar öz idman bacarıqlarını sərgiləyib, könüllülərdən ibarət təşkil olunmuş rəqs qrupları milli və dünya rəqs nömrələrini nümayiş etdiriblər.