YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahıda Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı 231 nömrəli tam orta məktəb ərazi partiya təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədr müavini Məcid Əhmədov, məsul əməkdaşı Vüqar Nəsirov, məktəbin kollektiv və şagird heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan 231 №-li tam orta məkəbin direktoru Seymur Yusibov bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Natiq vurğulayıb ki, Ulu Öndər bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır.

Daha sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədr müavini Məcid Əhmədov dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri diqqətə çatdıraraq, onun öz xalqını ən çətin vəziyyətlərdən çıxardığını, düzgün yol göstərdiyini, taleyüklü məsələlərin həllində daim müdrik rəhbər kimi çıxış etdiyini bildirib. Vurğulayıb ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz təcrübə məktəbidir. Qürurverici haldır ki, Ulu Öndərin memarı və qurucusu olduğu, hazırda böyük yüksəliş dövrünü yaşayan müstəqil Azərbaycan Respublikasının dövlət müstəqilliyi etibarlı əllərdədir. Dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini dövlət başçısı İlham Əliyev uğurla davam etdirir. 

Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı Vüqar Nəsirov qeyd edib ki, Ulu Öndərin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri müasir müstəqil dövlətimizin yaradılması və inkişaf etdirilməsi olub.

Tədbirin bədii hissəsində məktəbin şagirdlərinin təqdimatında Ulu Öndərin həyat və yaradıcılığı haqqında müxtəlif şeirlər, mahnılar, rəqs kompozisiyaları təqdim olunub.