YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naftalanda “Heydər Əliyev - tarix yaradan şəxsiyyət” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatı və “İslam Həsənzadə 22” ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev - tarix yaradan şəxsiyyət” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu Öndər fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərib. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.

“İslam Həsənzadə 22” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Tural Məmmədov bildirib ki, bu gün hər zaman azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub.

Tədbirin sonunda ulu öndər Heydər Əliyevə həsr edilmiş film nümayiş etdirilib.