YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib

Qaradağ rayonunun Lökbatan qəsəbəsində Əli Əmirov adına Mədəniyyət Sarayı, YAP Qaradağ rayon təşkilatı və Qaradağ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon Gənclər və İdman İdarəsinin müdiri Elçin Abbasov, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Vəfa Mahmudova iştirab ediblər.

Çıxış edənlər ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətindən bəhs ediblər.

Tədbirin bədii hissəsində Qarabağa, Azərbaycana və Ulu Öndərə həsr olunmuş mahnılar ifa edilib.