YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin xatirəsi bütün nəsillərin yaddaşında yaşayır

Nizami rayonunda, 10 nömrəli tam orta məktəbdə müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, 10 nömrəli tam orta məktəbin direktoru Şəfayət Orucova, 229 nömrəli tam orta məktəbin qazi müəllimi Qədir Daşdəmirov və başqaları bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin xatirəsi bütün nəsillərin yaddaşında yaşayır. Qeyd olunub ki, dahi lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində bütün istiqamətlərdə böyük nailiyyətlər əldə olunub və bu gün Ümummilli Liderin ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Həmçinin məktəblilərin vətənpərvərlik mövzusunda səsləndirdikləri mahnılar maraqla qarşılanıb.

Sonda Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.