YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngilan rayonu yenidən qurulur, dirçəldilir

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Məlum olduğu kimi, Prezident İlham Əliyev Zəngilan rayonuna xüsusi nümayəndənin təyin olunması haqqında sərəncam imzalamışdır. Bu onun göstəricisidir ki, işğaldan azad edilmiş ərazilərdə yeni regional idarəetmə modeli uğurla tətbiq edilməkdədir.

Dövlət başçısı may ayının 4 də Zəngilan rayonuna xüsusi nümayəndə təyin olunan Vahid Hacıyevi videoformatda qəbul etmişdir. Qəbul zamanı cənab İlham Əliyev Zəngilan haqqında çox əhatəli məlumat verərək onun qarşısında olduqca mühüm vəzifələr müəyyənləşdirmişdir. Azərbaycanın işğal olunmuş digər əraziləri kimi, Zəngilan rayonu da erməni vandalizimindən əziyyət çəkdiyini söyləyən Prezidentimiz qeyd etdi ki, işğal altında olmuş Zəngilan rayonu da düşmən tərəfindən tamamilə dağıdılıb, yerlə yeksan edilib və cəmi bir-iki salamat bina qalıb ki, o binaları da erməni hərbçiləri istifadə edirmişlər. Həmçinin Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur. Artıq Zəngilan rayonunda tarixi-dini abidələrin bərpası işləri başlanıb və hazırda Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi əsaslı şəkildə təmir olunur.

Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurduğunu qeyd edən dövlətimizin başçısı bildirdi kİ, əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilmişdir. Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi surətdə qırılması prosesi gedirdi. Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olduğunu xatırladan cənab Prezident qeyd etdi ki, - Bəsitçay qoruğunun böyük hissəsi məhv edilib. Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar etmişdir. Oxçuçay da Ermənistanın ekoloji terroruna məruz qalmışdır.

Prezidentimiz onu da xüsusi olaraq vurğuladı ki, hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılmışdır. Butün bunlar  sübutdur, faktdır və Azərbaycan beynəlxalq məhkəmələrə müraciət edəcəkdir.

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz tarixi qələbədən sonra işgaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Zəngilan rayonunda da dayanmadan, fasiləsiz bərpa işlərinə start verilib. Böyük tikinti meydanına çevrilən bölgələrdən biri olan Zəngilan rayonu həm də Şərqi Zəngəzur iqtisadi rayonunun qapısıdır, iqtisadi, siyasi-hərbi cəhətdən strateji əhəmiyyət kəsb edir. Zəngilan  rayonu müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən qızıl, civə, mis, qurğuşun və sink, molibden, üzlük və mişar daşı, sement xammalı, müxtəlif növ tikinti və sənaye mallarına görə zəngin resurslara malikdir. Bütün bunlar rayonun iqtisadi əhəmiyyətini artırır və xarici investorların marağına səbəb olmaqdadır. Artıq xarici şirkətlər burada layihələrə başlamaqdadır. Bildiyimiz kimi, Türkiyə, Cənubi Koreya, İtaliya, İsrail, Çin, Rusiya və digər ölkələrin şirkətləri kifayət qədər böyük layihələr icra edəcək ki, bu da Zəngilanın iqtisadiyyatımıza inteqrasiyasını gücləndirəcək, xarici ölkələrə çıxışını təmin edəcək və burada yeni iş yerlərinin yaradılmasına böyük töhfə verəcək.

Zəngilan hava limanı da böyük strateji əhəmiyyətə malikdir. Hava limanının əsası cəmi bir neçə ay əvvəl qoyulub, qısa müddət keçməyinə baxmayaraq  xeyli işlər görülüb. İnşallah 2023- cü ildə  istifadəyə veriləcək hava limanı vasitəsilə Zəngilan sənaye, tranzit daşınmalarının mərkəzi olacaq, böyük logistika mərkəzinə çevriləcək.

Prezident cənab İlham Əliyevin turizmin inkişafı istiqamətində apardığı islahatların nəticəsi olaraq ölkəmizə ildə 2 milyondan çox turist gəlir. Artıq turistlərin işgaldan azad edilmiş bölgələrə,o cümlədən Zəngəzur bölgəsinə axını gözlənilir. Lazımı infrastrukturlar və normal həyat şəraiti turistlər üçün əsas amillərdən biridir. Zəngilan hava limanı xarici turistlərin rahat gəlişini təmin edəcək. Burada siyasi faktora da diqqət yetirmək lazımdır. Hava limanları Ermənistanla və İranla sərhəd bölgələrdə yerləşir, bunun hərbi-psixoloji mənasını da xüsusi qeyd etmək lazımdır.