YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaxda şəhid Cavid Abdullayevin doğum günündə xatirəsi anılıb

Qax rayonunda Vətən müharibəsi şəhidi Abdullayev Cavid Vahid oğlunun doğum günündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova, RİH aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Daha sonra tədbir iştirakçıları şəhid Cavid Abdullayevin ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.