YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çernobıl faciəsinin 36-cı ildönümünə həsr olunan tədbir keçirilib

Lerik Rayon İcra Hakimiyyətində Çernobıl faciəsinin 36-cı ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, Lerik rayon Təhsil şöbəsinin müdiri Zöhrab Salayev və bir qrup Çernobıl əlilləri iştirak ediblər.

Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev bildirib ki, 1986-cı il aprelin 26-da Çernobıl atom elektrik stansiyasında baş verən qəza nəticəsində 7 min nəfər həyatını itirib, 25 min nəfərdən çox sakin güclü radiasiyaya məruz qalaraq ömürlük əlil olub. Qeyd olunub ki, 7 min azərbaycanlı faciənin nəticələrinin aradan qaldırılmasında iştirak edib. Onların bir çoxu təhlükəli və ağır şəraitdə işlədiklərindən normadan artıq şüalanmaya məruz qalıb, səhhətlərinə ciddi ziyan dəyib.

Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım təqdim edilib.