YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Vətən müharibəsi şəhidlərinin doğum günlərində xatirələri anılıb

Göygöl rayonunda Vətən müharibəsi şəhidləri Elgün Əmiraslanovun, Elnur Cəbrayılovun və İmdad Tağıyevin doğum günlərində xatirələri anılıb.

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyətinin əməkdaşları Babək Rəsulov, Sadiq Abbaszadə, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun köməkçisi Namiq Məmmədov və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin rayon şöbəsinin sədri Araz Abbasov, partiya fəalları, ictimaiyyət nümayəndələri Göygöldəki Şəhidlər xiyabanında şəhid Elgün Əmiraslanovun və şəhid Elnur Cəbrayılovun, rayonun Mollacəlilli kənd qəbiristanlığında isə şəhid İmdad Tağıyevin məzarlarını ziyarət edib, üzərilərinə gül-çiçək dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

YAP Göygöl rayon təşkilatının sədri şəhidlərin ailələrinə də baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Rayon təşkilatı tərəfindən hazırlanmış xatirə hədiyyələri şəhid ailələrinə təqdim olunub.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.