YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatının yeni ərazi partiya təşkilatları təsis edilib

Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı “Badamdar şosesi 13A” və “Azadlıq prospekti 11” ünvanları üzrə ərazi partiya təşkilatları təsis edilib.

Bununla əlaqədar keçirilən təsis iclaslarında çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində əsaslı işlərin görüldüyünü deyib. Bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır və nida” şüarı xalqımızı qələbəyə səsləyən rəhbər çağırış oldu. Vətən müharibəsi xalqımızı Müzəffər Ali Baş Komandanın, Prezidentin ətrafında daha da sıx birləşdirdi, xalq-dövlət birliyinin ən bariz nümunəsini göstərdi.

Daha sonra təşkilati məsələlərə baxılıb. “Badamdar şosesi 13A” ünvanı üzrə ərazi partiya təşkilatına Aytən Məmmədova, “Azadlıq prospekti 11” ünvanı üzrə ərazi partiya təşkilatına isə Fikrət Axundov sədr seçilib.

DİGƏR Xəbərlər Arxiv