YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qırğızıstan türk dövlətləri ilə əlaqələrini yüksələn xətlə inkişaf etdirir

Müşfiq Cəfərov

Milli Məclisin deputatı

Azərbaycan-Qırğızıstan münasibətləri hər zaman çox yüksək səviyyədə olub. Lakin Azərbaycan ilə Qırğızıstan arasında ticarət dövriyyəsi nisbətən aşağı idi. Düşünürəm ki, son illər hər iki dövlətin rəsmi şəxslərinin səfəri zamanı Azərbaycanla Qırğızıstan arasındakı ticari əlaqələr də müzakirə olunub. Qırğızıstan bizə qardaş olan bir dövlətdir. Bu səbəbdən də bu tip rəsmi görüşlərin sayı ildən-ilə daha da intensivləşir.

Səfər zamanı Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib. Azərbaycan və qırğız xalqları arasında mövcud olan tarixi, mədəni və dini bağların iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. İnkişaf etməkdə olan ikitərəfli dostluq və əməkdaşlıq münasibətləri ölkə başçılarının xarici siyasət xəttinin əsas hissəsidir. Şübhəsiz ki, ölkələrimiz arasında yüksək səviyyəli səfər mübadilələri münasibətlərin inkişafına təkan verir. Qardaş ölkə Qırğızıstan bu günədək Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə dəstəyini əsirgəməyib. Bu da dövlətimiz tərəfimizdən hər zaman yüksək qiymətləndirilib.

Bildirim ki, Azərbaycanla Qırğızıstan arasında müxtəlif sahələr, xüsusilə iqtisadiyyat üzrə əməkdaşlığın inkişafı üçün istifadə edilməmiş böyük potensial mövcuddur. Ümid edirəm ki, qarşıdakı illərdə ölkələrimiz qarşılıqlı ticarət əlaqələrini tam inkişaf etdirəcəkdir. Həmçinin, qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması, inkişaf etdirilməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi, ticarət dövriyyəmizin artırılması və idxal-ixracın diversifikasiyası məsələləri də yeni mərhələyə qədəm qoyacaqdır.

DİGƏR Xəbərlər Arxiv